Çimərliklərdə monitorinqlərə başlanıb VİDEO

 14:05 24.05.2021     229

Yay mövsümünün başlaması ilə əlaqədar çimərliklərdə monitorinqlər başlayıb.

Redaktor.az xəbər verir ki, bu proses yaxın günlərdə yekunlaşacaq. Hansı çimərliklərin istifadəyə yararlı və ya yararsız olması barədə qərar veriləcək.

Respublika Gigiyena və Epidiomologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib ki, monitorinqlər zamanı çimərlik zolaqlarının sanitar texniki vəziyyəti yoxlanılır. Götürülən su nümunələri fiziki, kimyəvi və toksikoloji müayənələrdən keçirilir.

Məqsəd dəniz suyunda mədə-bağırsaq xəstəliklərinin törədilməsinə səbəb ola biləcək bağırsaq çöplərinin normadan artıq olub-olmamasını müəyyən etməkdir. Manitorinqin nəticəsi iki həftə ərzində elan ediləcək.