Toyların keçirilməsinə icazə ilə bağlı VACİB XƏBƏR VAR...

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçilirib.
Redaktor.az xəbər verir ki, brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı bəzi qadağaların ləğv edildiyini açıqlayıb.
- İyunun 10-dan məscilər açılacaq.
- İyunun 10-dan idman zallarının açılmasına razılıq verilib. Lakin COVID-19 pasportu olmayan insanlar yəni vaksinasiyadan keçməmiş və yaxud xəstələnib sağalmayam insanlar hələlik idman sağlamlıq bərpa obyektlərinin xidmətlərindən istifadə edə bilməyəcəklər.
- İyunun 10-dan çimərliklərin fəaliyyətinə icazə veriləcək;
- Mayın 31-dən rayonlararası avtobuslar işləyəcək;
- İyunun 10-dan iri ticarət mərkəzləri və mollar açılacaq;
- Mayın 31-dən Bakı metrosu fəaliyyətini bərpa edəcək;
- Mayın 31-dən açıq havada maskaların məcburi istifadə ləğv edilib;
Yuxarıda qeyd etdiyimiz bir sıra qadağalar aradan qaldırılsa da, Operativ Qərərgah toy və yas mərasimlərinin keçirilməsi ilə bağlı qadağanı qüvvədə saxlayıb.
Prezidentin köməkçisi şahmar Mövsümov bildirib ki, gələcəkdə COVID pasportu olan şəxslərin digər xidmətlərə çıxışına icazə veriləcək:
“Söhbət konsertlərdən, teatrlardan, kinoteatrlardan və nəhayət toylar və digər şənliklərdən gedir”.
Toyun müddəti barədə əlavə məlumat veriləcək.
Aysel Hacıyeva / Redaktor.az