Həftəsonu ictimai nəqliyyat işləyəcək? - RƏSMİ AÇIQLAMA

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil olunan brifinqi keçirilib.
Redaktor.az-ın xəbərinə görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov bir sıra yumşalma qərarlarını açıqlayıb.
Yeni qərara əsasən, "Bakı Metropoliteni"nin fəaliyyəti bərpa olunur, açıq havada maska ləğv olunur. Lakin həftəsonu ictimai nəqliyyatla bağlı məhdudiyyətlər qüvvədə qalıb.