Bu yerlərdə maska tələbi aradan qaldırılır - RƏSMİ

 18:10 26.05.2021     479

İctimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə maska tələbi aradan qaldırılır.

Redaktor.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında əksini tapıb.

Qərara əsasən, insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda da maskadan istifadə tələbi aradan qaldırılır.