Bakıda "1 manatlıq" taksiləri onlar əvəz edəcək - AÇIQLAMA / VİDEO

Paytaxt ərazisində “1 manatlıq" taksilərlə bağlı sərt tədbirlər müzakirələrə səbəb olub.
Redaktor.az xəbər verir ki, nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, “1 manatlıq" taksilər insanların tələbatından sonra yaranıb:
“Bakı Nəqliyyat Agentliyinın (BNA) açıqlamasından sonra bu məsələ gündəmə gəldi. Agentlik bildirdi ki, ictimai nəqliyyatın hərəkəti BNA-nın səlahiyyətindədir, müəyyən istiqamətlərdə rəsmi olaraq ekspress taksilər istifadə ediləcək.
Hazırda fəaliyyət göstərən taksilər BNA-nın büdcəsinə zərər verir. İctimai nəqliyyatın aparacağı sərnişinləri bu taksilər aparırlar".
Daha ətraflı videodan izləyin:
Aysel Hacıyeva / Redaktor.az