Dövlət beşəmlərin xərclərini qarşılayacaq - AÇIQLAMA

 18:33 27.05.2021     390

Xəbər verdiyimiz kimi, Azərbaycanda ana beşəm dünyaya gətirməyə hazırlaşır. 

Redaktor.az xəbər verir ki, beşəmlərin valideyni Lamiyə Mürşüdlü erkən doğum riski olarsa, onlar üçün günlük xərclərin qarşılanmasına görə dövlət başçısına müraciət etmişdi.

Beşəmlərin valideyni Lamiyə Mürşüdlü açıqlamasında onlara müsbət cavabın gəldiyini bildirib:

"Hər şey üçün çox sağ olun. Artıq Azərbaycaycan Respublikası Tibbi Sığorta Agentliyi doğulacaq beşəmlərə lazım olacaq tibbi xidmətləri icbari tibbi sığorta hesabına göstəriləcəyi ilə bağlı bizə məlumat verdi. Sevincimizin həddi-hüdudu yoxdur. Dövlət başçısına təşəkkür edirik". //Azxeber.com

Vumart və Güvən reklamı Vumart Güvən