Ukraynadakı Azərbaycan diasporu “YAŞAT” xeyriyyə marafonuna qatılıb

Ukraynadakı Azərbaycan diasporu Vətən müharibəsində şəhid olan və yaralanan ailələrə yardım məqsədilə “YAŞAT” xeyriyyə marafonuna qatılıb.
Redaktor.az bildirir ki, bu barədə Oxu.az-a “Azərbaycan-Ukrayna” beynəlxalq alyansının sədri Elmar Məmmədov məlumat verib.
“44 günlük Vətən müharibəsində birlik göstərdik, millət erməni işğalçılarının hücumunu layiqincə dəf edən güclü bir yumruğa çevrildi.
Gəlin, millətin birlik ruhunu gücləndirməyə davam edək - “YAŞAT” xeyriyyə marafonuna qoşulaq və fondun həyata keçirdiyi xeyirxah işlərə dəstək olaq”, - deyə E.Məmmədov qeyd edib.
O, “Azərbaycan-Ukrayna” beynəlxalq alyansının 167 üzvünün hamısının marafona qatıldığını vurğulayıb.