Qanunsuz ət kəsimi yerləri sökülüb - FOTO

 18:57 31.05.2021     179

Bakının Suraxanı rayonunda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi yerlərində reydlər keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Reyd zamanı rayonun Z.Şərifov, N.İsmayılov, Y.Eyvazov, Ə.Mehbaliyev küçələri  və Yeni Günəşli qəsəbəsində (D və AB massivi) fəaliyyət göstərən qanunsuz heyvan kəsimi yerlərində heyvan kəsimi və ət satışının antisanitar şəraitdə, baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən olunub.

Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb.

22