Azərbaycanda yeni televiziya kanalı açılacaq

 10:36 01.06.2021     622

Milli Televiziya və Radio Şurası ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün müsabiqə elan edib.

Redaktor.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlərin 07 iyun 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək Milli Televiziya və Radio Şurasına müraciət etməlidirlər.

İxtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV kanalı, HD yayım üçün 34-cü TV kanalı olacaq. Müsabiqədə iştirak еtmək üçün 200 manat həcmində birdəfəlik ödəniş edilməlidir. Müsabiqədə Azərbaycan vətəndaşı оlmayan şəхslər, siyasi partiyalar və dini qurumlar iştirak edə bilməzlər.

Vumart və Güvən reklamı Vumart Güvən