Sabah bu ərazidə su olmayacaq

 18:34 01.06.2021     369

Sumqayıt şəhərini içməli su ilə təmin edən 1 000 mm diametrli magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar sabah gün ərzində Sumqayıt şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Redaktor.az-a "Azərsu" ASC-dən bildirilib.

Məlumata əsasən, yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir. 

Vumart və Güvən reklamı Vumart Güvən