RİİB uşaq evlərinin sakinlərinə baş çəkib - FOTO

 23:33 01.06.2021     331

“Regional İnkişaf” İctimai Birliyinin könüllüləri uşaqlara baş çəkiblər.

Redaktor.az xəbər verir ki, onlar 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı şəhərində yerləşən 1, 2 və 3 nömrəli uşaq evlərində, eləcə də, Şəki şəhər qarışıq tipli uşaq evi, Gəncə şəhər uşaq evi və Lənkəran şəhər O. Mirzəyev adına qarışıq tipli uşaq evində olublar.

Mövcud karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilən ziyarət zamanı uşaq evlərinin sakinlərinə RİİB tərəfindən müxtəlif bayram hədiyyələri təqdim edilib. //Qafqazinfo 

22222