Bakıda bu ərazaq məhsulları bahalaşdı - 5 MANATLIQ YAĞ 7 MANAT...

 11:59 02.06.2021     549

Ötən gün Azərbaycanda Aİ-95 ("Premium") markalı avtomobil benzinində bahalaşmadan sonra (Aİ-95 benzininin qiyməti 1,25 manatdan 1,40 manata yüksəlib) paytaxtın bəzi marketlərində bəzi əraq məhsullarında bahalaşma müşahid edilib. 

Redaktor.az xəbər verir ki, qiymət artımını gündəlik istifadə olunan duru yağlara, süd məhsullarına, qablaşdırılmış içməli sular və s. kimi ərzaqlara şamil etmək olar. Məsələn, bir neçə ay öncə Rusiya istehsalı olan 5,70 qəpiyə satılan yağ hazırda 7 manat civarındadır.

Market sahibləri bunu benzinin qiymətində bahalaşma baş verdikdən sonra daşınma xərclərinin artması ilə əlaqələndirirlər. 

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli deyib ki, dünyada da ərzaq indeksi son 1 ildə 10%-dən çox artıb:

“Bu, pandemiya şəraitində ölkələrin öz daxili bazarlarını qorumaq cəhdli ilə əlaqəlidir, bunun bir hissəsi də Azərbaycana təsir göstərdi. Eyni zamanda xaricdən gətirilən məhsulların inflyasiyası da buna təsir göstərir.

Qiymət artımına digər bir səbəb isə inhisarçılıqdır. Xaricdən mal gətirən şirkətlərin sayının az olması bu inhisarçılığın genişlənməsinə şərait yaradır. Bunun çıxış yolu rəqabət mühitinin artırılmasıdır

Yerli məhsulların qiymətinin qalxmasına gəldikdə, biz bu barədə yanvar ayında xəbərdarlıq etmişdik. Dizel yanacağının 34% bahalaşması kənd təsərrüfatı məhsullarının həm yığımına, həm də daşınmasına ciddi təsir göstərdi".

Aysel Hacıyeva / Redaktor.az