“İçərişəhər” metrostansiyası yaxınlığında yol çöküb - FOTO

Metronun “İçərişəhər” stansiyası yaxınlığında yol çöküb.
Redaktor.az bildirir ki, bu barədə jurnalist Nigar Etibar sosial şəbəkədə məlumat paylaşıb.
Məlumatda qeyd olunur ki, avtobus dayanacağının qarşısında çökən yolun qəzalı olduğuna dair ətrafda heç bir işarə qoyulmayıb:
“Dayanacaqda dayandığım 3-4 dəqiqə ərzində 2 maşın yoldakı çöküntü səbəbindən zərər gördü. Aidiyyəti qurumlar düzəldənə kimi xəbəriniz olsun”. //Oxu.az