Daha 9 nəfərin əlilliyi əsassız çıxıb - VİDEO

 23:27 03.06.2021     392

Ötən illərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddəti bitən və vaxtın uzanması üçün barələrində e-sistemə göndəriş daxil edilən daha 21 şəxsin müayinəsi aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, müayinələr zamanı 9 nəfərin diaqnoz və sağlamlıq durumunun əlillik təyinatına əsas vermədiyi müəyyən edilib.

Qeyd edək ki, aparılan müayinələrin əsas məqsədi əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılması, əsassız əlillik təyinatlarına yol verilməsinin qarşısının alınmasıdır.

Vumart və Güvən reklamı Vumart Güvən