Transərhəd çaylarımızın çirklənmə səviyyəsi AÇIQLANIB

 16:59 04.06.2021     334

“Ermənistan ərazisindən keçən 4 transərhəd çayımızda müharibədən sonra aparılan monitorinq işləri və götürülən su nümunələrinin nəticələri göstərir ki, çirklənmə normadan çox yüksəkdir”. 

Redaktor.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi barədə danışarkən deyib. 

Onun sözlərinə görə, ən çox çirklənməyə Oxçuçay daha çox çirklənməyə məruz qalıb: 

“Bu çayın yaxınlığında yerləşən iki mədənin çirkab suları bu çaya axıdılır. Həmin çayın biomüxtəlifliyin tam məhv olma ərəfəsindədir”. 

O bildirib ki, Ermənistan tərəfindən 30 ilə yaxın dövrdə davam edən işğal zamanı ətraf, təbiət, su ehtiyatlarımıza ciddi ziyan vurub. //Oxu.az