Təhdid dolu məktublar, naməlum tərkibli iynə... - Ağstafada dəhşət / VİDEO

 10:58 07.06.2021     341

Ağstafa rayonunun Köçəskər kəndində İskəndərovlar ailəsi kimliyi bilinməyən şəxs və ya şəxslərin hədəfinə çevirilib.

Redaktor.az xəbər verir ki, ailənin yaşadığı evin həyətinə təhtid dolu məktublar atılıb. 

Əsas hədəf isə evin 26 yaşlı gəlini, 3 üşaq anası Şərəbbanu İskəndərova olub.

Ş.İskəndərova həyətdə naməlum şəxslərin hücumuna məruz qalıb. Ona tərkibi məlum olmayan iynələr vurulub, huşunu itirib. Bir müddət sonra ailə üzvləri Ş.İkəndərovanı axtarmağa başlayıblar. Evin digər gəlini onu huşsuz və ağızından köpük gələn vəziyyətdə tapıb.

Zərərçəkən xanımın bədənində digər zorakılığ əməlləri aşkar edilməyib.

Daha ətraflı videodan izləyin: