Azad olunan ərazilərə ceyranlar buraxılacaq

 15:58 07.06.2021     224

İşğaldan azad edilən ərazilərə ceyranların buraxılması vaxtı təyin edilib.

Redaktor.az xəbər verir ki, Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin idarə rəisi  Firudin Əliyev bildirib ki, ceyranlar həmin ərazilərə sentyabr ayından sonra buraxılacaq. Hazırda ceyranların balalama mövsümüdür, bu baxımdan iyun-iyul aylarını gözləmək məcburiyyətindəyik:

“Balalama başa çatdıqdan sonra məlum olacaq ki, ceyranların sayı nə qədərdir və hansı ərazilərə neçə ceyran buraxılacaq”.