Bu ərazilərdə su olmayacaq - AÇIQLAMA

 19:59 07.06.2021     451

Külüllü - Kürdəmir magistral su kəmərində qəza baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Bildirilib ki, baş vermiş qəza ilə əlaqədar Kürdəmir şəhərinə, eləcə də kəmərin marşrutu boyu yerləşən kəndlərə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.