Koronavirusdan daha dəhşətli xəstəlik yayıla bilər - BU ÇİMƏRLİKLƏRƏ GETMƏYİN! / VİDEO

 11:26 08.06.2021     304

İyun ayının 10-dan etibarən Azərbaycanda çimərliklərin də fəaliyyətinə rəsmi olaraq icazə veriləcək. 

Redaktor.az xəbər verir ki, dəniz mövsümü ilə əlaqədar istifadə üçün yararlı olan çimərliklərin ilkin siyahısı açıqlanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov bildirib. Onun sözlərinə görə, “Novxanı, Goradil, Sabunçu rayonunda yerləşən Nardaran və Zağulba çimərlikləri baktereoloji cəhətdən əhalinin istifadəsi üçün yararlıdır. 

Amma şahid olduğumuz mənzərə heç də Novxanı çimərliyinin istifadəyə yararlı olduğunu göstərmədi. Çirkli dəniz suyunda nəyinki uşaqların, elə böyüklərin də çimməsi bir çox xəztəlikdlərə səbəb ola bilər. 

Tibb ekspert, professor Adil Qeybulla qeyd edir ki, suyun təmizlik dərəcəsini yoxlamaq üçün müəyyən göstəricilər var. Onlardan biri də bakterial sıxlıqdır:

"Bir kolititr suda 1 və ya 2, hətta deyərdim 3 bağırsaq çöpünün olması norma sayılır. Yəni bağırsaq çöplərinin miqdarı suyun kolititrı ilə hesablanır. Əgər bağırsaq çöpü normadan çoxdursa, bu zaman həmin su çirklənmiş və yoluxucu hesab edilir. Həmin sulardan istifadə zamanı yaranan fəsadlar sırasında həzm sisteminin pozulmasını və ishalı qeyd edə bilərik. Su ilə keçən kütləvi xəstəliklərdən isə vəba vibrionları ilə əmələ gələn xəstəlikləri misal göstərmək olar. Bu, qısa müddətdə epidemiyaya və kütləvi insan təlafatına səbəb ola bilər. Suyu təmizləmək üçün xlorlama üsulu ilə kifayətlənirlər. Bu, yetərli deyil. Bioloji süzgəclərdən keçməsi, həm də bakterioloji cəhətdən zərərləşdirilməsi vacibdir. Bu işlə məşğul olan müəyyən sanitar idarələr var ki, onlar həm maarifləndirici, həm də suyu yararsız olan ərazilərdə dənizin tərkibinin sanitar standartlara uyğunlaşdırılması üçün müəyyən profilaftik tədbirlər görməlidirlər”. 

Adı çəkilən çimərliyin təmizlənməsi ETSN üçün heç də çətin olmamalıdır, sadəcə olaraq bunun üçün modul tipli təmizləyici qurğuları quraşdıraraq, çirkablardan təmizlənilməsi mümkündür. 

Aysel Hacıyeva / Redaktor.az