Bərdədə 100 yaşlı ağacları kəsdilər və... - RƏZALƏT! / VİDEO

 12:07 08.06.2021     420

Bərdə rayonunda yaşı yüzdən yuxarı olan nadir ağaclar kəsilib. 

Redaktor.az xəbər verir ki, bu barədə şəhər sakinləri məlumat veriblər. Yerli sakinlərin sözlərinə görə, Heydər Əliyev prospektində yerləşən “Kollanlı” şadlıq evinin arxasında yerləşən fərdi yaşayış evinin həyətində adı "Qırmızı kitab"a düşən nadir ağac növlərindən hesab edilən Xan Çinarlar kəsilib. 

İddia edilir ki, həmin ərazi bir müddət əvvəl ev tikintisi üçün Aqil Məmmədov adlı polis əməkdaşına satılıb. Adı çəkilən şəxs həmin torpaq sahəsində fərdi yaşayış evi tikdikdən sonra iki ədəd Xan Çinarı kəsdirib.

Məhəllə sakinləri qeyd ediblər ki, həmin polis əməkdaşı Baş Dövlət Yol Polis İdarəsi, Yol Patrul Xidməti Alayının 8-cı tağımının (Yevlax postu) komandiri, polis mayoru A.Məmmədovdur.

Aysel Hacıyeva / Redaktor.az 

222