Bakıda bu qəsəbəyə qurbağalar hücum çəkib - VİDEO

 13:40 08.06.2021     312

Bakıda yerli qəsəbələrin birindəki məhəllədə insandan çox qurbağa yaşayır. Söhbət Abşeron rayonu Məmmədli qəsəbəsindəki yeni məhəllə adlanan ərazidən gedir.

Redaktor.az xəbər verir ki, həmin məhəllənin sakinlərinin problemi həmin qurbağalarla bağlıdır.

İlk baxışdan bu problem kiminsə dodağının qaçmasına və gülüşünə səbəb olsa da, amma buarada yaşayanlar üçün qurbağaların mövcudluğu əməlli başdı problemə çevrilib.

Sakinlər qeyd edir ki, sübh tezdən məhəlləyə qurbağaların əlindən düşmək mümkün deyil.

"Real TV"-nin hazırladığı süjeti təqdim edirik: