Bakıda bu marşrut xəttinin hərəkət sxemi müvəqqəti DƏYİŞDİRİLƏCƏK
Bakıda bir marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
Redaktor.az xəbər verir ki, iyunun 10-12-də Suraxanı rayonu, Cəlal Qurbanov və Zaur Şərifov küçələrində aparılan yenidənqurma işləri səbəbindən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən 66 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilərək avtobusların hərəkəti birbaşa olaraq Nizami İsmayılov və Yusif Eyvazov küçələri ilə təşkil ediləcək.












