Sumqayıtda taksi çağıran qadın görün nə etdi... - VİDEO

 12:25 10.06.2021     603

Son zamanlar Azərbaycanda insanları narahat edən hallardan biri də dələduzluq hallarının artmasıdır.

Redaktor.az xəbər verir ki, pul naminə ağıla gəlməz üsullardan çəkinməyən fırıldaqçıların növbəti hədəfi taksi sürücüsü olub. 

Bir qadın taksi sürücüsünə zəng edərək bildirib ki, Sumqayıtda uşaq xəstəxanasının qarşısında gözləyən həkimdən analiz cavablarını almaq lazımdır. O, taksi sürücüsünə həkimə 25 manat verməyini, sənədləri gətirəndə 35 manat ödəyəcəyini deyib. 

Daha sonra məlum olub ki, taksü sürcüsü fırıldaqçılığın qurbanı olub.

Daha ətraflı videodan izləyin: