Goranboyda leysan bir sıra fəsadlar törədib - FOTO

 14:10 10.06.2021     482

Goranboy rayonunda sel suları evlərə, ictimai iaşə obyektlərinə, avtomobil təmiri sexlərinə dolub.

Redaktor.az-ın xəbərinə görə, leysan yağışları rayonun əsasən Goran qəsəbəsi ərazisində bir sıra fəsadlara səbəb olub.

Gecədən yağan güclü yağış nəticəsində yaranan sel suları Goran qəsəbəsində fəaliyyət göstərən ictimai iaşə obyektinə də ziyan vurub.

Sözügedən obyektin həyəti, otaqları su altında qalıb. Eyni zamanda Bakı-Qazax avtomagistralının üzərində yerləşən körpünün hər iki ətrafı su ilə dolduğundan orada avtomobillərin hərəkəti çətinləşib.

Təbiət hadisəsi zamanı yaranan çətinliyi aradan qaldırmaq üçün Fövqəladə Hallar Nazirliyinin avtomobilləri əraziyə cəlb edilib. //Baku.ws

22