Nazir müavini “Boz Bakı” fotosuna münasibət bildirib - VİDEO

 14:33 10.06.2021     941

Ekalogiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov Bakıdakı yaşıllıq səviyyəsi ilə bağlı açıqlama verib.

Redaktor.az-ın məlumatına görə, o bildirib ki, Bakı şəhərinin 7%-dən yuxarı hissəsi yaşıllıqlar altında olan ərazilərdir:

“Meşə örtüyünün zənginliyi baxımından nisbətən kasıb ölkələrdən biri sayılırıq. Çünki ölkəmizin 12% yaxın hissəsi meşə örtüklədindən ibarətdir”.

V.Kərimovun sözlərinə görə, növbəti dövürlərdə Bakı şəhərində yaşıllıqların miqdarının daha da artdırılması, 15%-ə kimi çatdırılması ilə bağlı planlar var və təkliflər hazırlanır. Lakin bu məsələdə hər şeyi dövlətdən gözləmək olmaz.

Qeyd edək ki, Bakıda yaşıllıq miqdarı az olan yerlərdən biri də Qaradağ  ərazisidir. Burada yaşıllıqların miqdarı 1,3%-dir.

Aysel Hacıyeva / Redaktor.az