Günlük kirayə bazarında canlanma yaranıb - VİDEO

 08:40 14.06.2021     623

Yay fəslinin yaxınlaşması ilə əlaqədar istirahət məqsədilə bölgələrə üz tutanların sayı daha da artır. Bu isə fərdi evlərin günlük kirayə bazarında canlanma yaradıb.

Redaktor.az-ın məlumatına görə, Lənkərana üz tutan turistlər əsasən dənizkənarı və Lənkəran-Lerik yolundakı istirahət mərkəzlərinə yaxın kirayə verilən evlərdə qalmağa üstünlük verirlər.

Təmiz havası və gözəl təbii mənzərələri ilə zəngin olan bu bölgədə evlərin bir günlük kirayə haqqı 40-150 manat arasında dəyişir.

Rieltorların sözlərinə gör, şənbə və bazar günülərində sözügedən bölgədə kirayə ev tapmaq müşkülə çevrilib.

Ekspertlər hesab edir ki, kirayə mənzil bazarında bu cür vəziyyət mövsümün sonuna qədər davam edəcək.

Daha ətraflı videodan izləyin: