Nəsimi rayonunun bir hissəsində su kəsilib - "Azərsu"

 18:30 14.06.2021     432

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün Bakının Nəsimi rayonunun 1-5-ci mikrorayonlarına içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, hazırda qəzanın aradan qaldırılması işləri davam etdirilir.