Daha bir marşrut kart sisteminə keçir -BNA

 01:01 15.06.2021     238

İyunun 15-dən Bakıda 76 saylı marşrut xətti (“Neftçilər” m/s – "Bakıxanov" dəmiryolu stansiyası) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart”la ödəniləcək.

Redaktor.az-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə Sabunçu rayonu, Nizami rayonu və Suraxanı rayonları ərazisində aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.