Azərbaycanda YENİ QADAĞALAR başlayır - COVID-19 / VİDEO

 12:14 17.06.2021     664

Azərbaycanda COVID-19 ilə mübarizə üçn yeni qadağalar qüvvəyə mindi.

Redaktor.az xəbər verir ki, ticarət obyektlərində geyim satışı zamanı geyinmə otaqlarından istifadə qadağandır. Həmçinin, kosmetika və ətriyyat satışı zamanı nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi də qadağan edilib.

Repetitor xidmətləri zamanı da onlayn tədrisə üstünlük verilməlidir, tədris yaxşı havalandırılan otaqda keçirilməlidir. Tədris vaxtı sosial məsafənin qorunması zəruridir, hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır, fasilə zamanı isə otaq havalandırılmalıdır.

Metodiki göstərişlərə əsasən bərbərxana və gözəllik salonlarında onlayn qəbul sistemi tədbiq edilməlidir, iş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır. Hər müştəri üçün ayrı önlük istifadə edilməli, bərbərlər və onlarla çalışan şəxslər müvafiq formalar geyinməlidirlər. Əməkdaşların və müştərilərin də tibbi maskadan istifadəsi mütləqdir.

Daha ətraflı videodan izləyin:

Aysel Hacıyeva / Redaktor.az