Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

 14:47 18.06.2021     256

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2021-ci ilin yanvar-may ayları ərzində 15 minə yaxın şəxsə əlillik təyin edilib.

Nazirlikdən Redaktor.az-a verilən xəbərə görə, onlardan 4700 nəfəri ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlar, habelə sağlamlıq imkanları məhdudluq təyin olunanlardır.

Əlilliyin qiymətləndirilməsi vətəndaş-məmur (ekspert) təması olmadan, elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə

daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Vumart və Güvən reklamı Vumart Güvən