Əhalinin banklardakı əmanətləri artıb

 15:57 18.06.2021     256

Mərkəzi Bankın məlumatına görə, mayın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği aprel ayı ərzində 205,4 milyon manat artaraq 8 milyard 352,9 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Redaktor.az-a bildirilib ki, əmanətlərin 48,7 faizi xarici, 51,3 faizi isə milli valyutada qoyulub. Mayda milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 2,07 (2,05) manata, 100 türk lirəsinə 20,37 (22,15) manata, 100 rus rubluna 2,30 (2,28) manata bərabər olub.

Vumart və Güvən reklamı Vumart Güvən