"Ermənilərin dağıtdığı dini məkanlar yenidən qurulacaq" - AÇIQLAMA
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün media nümayəndələrinin suallarını cavablandırıb.
Redaktor.az xəbər verir ki, M.Qurbanlı işğaldan azad edilmiş torpaqlarda ermənilər tərəfindən dağıdılmış məscidlərdən söhbət açıb:
“Azərbaycan Ordusu tərəfindən azad olunmuş torpaqlarda ermənilər dini abidələri dağıdıblar, vandallıq ediblər. Bura Provaslav kilsələri də aiddir. Aparılan abadlıq quruculuq işləri zamanı məscidlər və kilsələr də bərpa olunacaq. Müsəlman və digər qardaşlarımız ibadətlərini yerinə yetirəcəklər”.
M.Qurbanlı bildirib ki, pandemiya ilə əlaqədar dünyanın müxtəlif ölkələrində ciddi addımlar atılır, qapanmalar var. Lakin son zamanlar Azərbaycanda COVID-19-a yoluxanların sayın azalması ölkəmizdə yumşalmalara gətirib çıxarıb:
“Müxtəlif məkanlar açılıb, insanların istifadəsinə verilib. O cümlədən də dini məkanların qapıları açılıb. Burada qəbul olunmuş qaydalar var, bu qaydalara uyğun olaraq insanlara icazə verilir ki, gəlib ibadətlərini etsinlər. Hazırda müvəqqəti tədbirlər var, inanıram ki, pandemiya tam yox olandan sonra bütün qaydalar aradan qaldırılacaq”.
Aysel Hacıyeva / Redaktor.az












