"Azərbaycandan terror qruplaşmalarına qoşulan yoxdur" - AÇIQLAMA

 12:34 21.06.2021     349

"Azərbaycandan demək olar ki, xarici terrorçu qruplara qoşulan yoxdur, belə hal qeydə alınmayıb. Hüquq-mühafizə orqanlarının, mətbuatın apardığı profilaktik, o cümlədən, ideoloji təbliğat işləri bunun qarşısını almaqda mühüm rol oynayıb”.

Redaktor.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, əvvəllər xaricə gedən vəterrorçu qruplara qoşulan şəxslərin ailə üzvləri reabilitasiyaya cəlb olunub. Həmin ailə üzvlərinin bir qismi gətirilib, orada uşaqlara və qadınlar da var. Bununla bağlı məxsusi reabilitasiya mərkəzi yaradılıb. Həmin reabilitasiya mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işçiləri də geriyə qaytarılmış ailələrlə dini sahədə işlərin aparılmasında iştirak edir.

M.Qurbanlı qeyd edib ki, Azərbaycanın adı ümumiyyətlə, əvvəlki illərdə də İŞİD-in terror qruplaşmalarında iştirak edən xarici vətəndaşlar siyahısında çox aşağı yerdə idi. Bəzən heç statistikaya aid edilmirdi.

Aysel Hacıyeva / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən