Əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişib

 12:12 22.06.2021     267

Azərbaycan əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişib.

Redaktor.az-ın məlumatına görə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, “I dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”, “II dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 61-80 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”, “III dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 31-60 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər” anlayışı ilə əvəzlənib.

Qeyd edək ki, istehsalat qəzaları və peşə xəstəlikləri ilə bağlı orqanizmin funksiyalarının 10-31 faiz itirilməsinə görə də əlillik müəyyən ediləcək.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Vumart və Güvən reklamı Vumart Güvən