Toyların keçirilməsi yoluxma sayını artıracaq? - AÇIQLAMA

 14:08 22.06.2021     603

Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən etibarərən şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verildiyi barədə məlumat yayıb.

Redaktor.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinə yalnız COVID-19-a qarşı tam peyvənd olunanlar (COVID-19 pasportu) gedə bilərlər.

Şənliklərin keçirilməsinə icazə verilməsi koronavirusa yoluxma sayının artmasına necə təsir edə bilər?

Sualları cavablandıran Adil Qeybulla saytımıza açıqlamasında bildirib ki, toyların açıq havada keçirilməsi daha məqsədəuyğundur:

“Havalar isti keçir, yay fəslidir, şənliklər açıq havada keçirilsə daha yaxşı olar. Müəyyən formatda insan sayının çox olmaması şərti ilə, masalar arasında ara məsafəsi saxlamaq ilə insanlar toylarını keçirə bilərlər. Amma qapalı mühitdə saatlarla oturmaq düzgün deyil. Bu məsələlər ilə bağlı Operativ Qərargah daha detallı izahat verməlidir”.

 Aysel Hacıyeva / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən