Yasamaldakı yanğında xəsarət alan olmayıb

 19:25 22.06.2021     401

Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində bir neçə evə ciddi zərər dəysə də, xoşbəxtlikdən sakinlərdən ciddi zərərçəkən olmayıb.

Redaktor.az xəbər verir ki, Əsəd Əhmədov küçəsi, 41 ünvanında yerləşən çoxmərtəbəli binanın 8-ci mərtəbəsində yanğın hadisəsi baş verib. Dərhal FHN-nin yanğından mühafizə xidməti hadisə yerinə cəlb olunub. Yaşayış kompleksinin həyətinə girişdə vətəndaşların nizamsız park etdikləri avtomobillərin səbəbindən yanğınla mübarizə üçün xüsusi təyinat vasitələrinin yanğın yerinə yaxınlaşmaları mümkün olmayıb. Bu səbəbdən yanğınsöndürənlər təqribən 80 metr məsafədən su xətti açaraq yanğınla mübarizəni fərdi qaydada aparmalı olublar.

İlkin versiya kimi yanğına səbəb olaraq qaz balonunun partlaması qeyd olunub. 

 

Vumart və Güvən reklamı Vumart Güvən