Toy etmək istəyənlərin nəzərinə: Şadlıq evlərində qiymətlər qalxıb / VİDEO

 11:05 23.06.2021     903

Toy, nişan və ad günlərinin keçirilməsinə icazə verilməsi şadlıq evləri və restoran işlədən şəxslərin üzünü güldürdü.

Redaktor.az-ın məlumatına görə, sahibkar Mahir Zeynalov deyib ki, qərardan sonra zənglərin ardı-arası kəsilmir. Toy etmək istəyənlər sıraya düzülüblər. Şadlıq evləri daxilində hazırlıqlar artıq yekunlaşıb, stol və stullar pandemiya şəraitinə uyğun yerləşdirilib. Artıq menyuların qiymətləri də hazırdır, say məhdudiyyətinə qoyulan ciddi tələblər şadlıq evlərində qiymətlərin xeyli artmasına səbəb olur.

Şadlıq sarayının sahibi bildirib ki, yalnız menyulardakı yemək çeşidlərinin sayının azaldılması ilə əvvəlki qiymətlərlə toy etmək mümkündür.

Şadlıq evləri ilə müqayisədə açıq hava məkanlarında toy qiymətləri nisbətən ucuzdur. Çünki belə məkanlarda əlavə xərclər nisbətən azalır.

Restoran meneceri Fərid Adıgözəlov bildirib ki, onlar artıq 3 müxtəlif qiymətdə menyu hazırlayıblar.

İyulun 1-dən belə məkanlarda çalışan işçilərin həm də vaksinasiya tələbləri var. Bu sektorla məşğul olanlar bildirirlər ki, işçilərin vaksinasiya olunması və adlarının portala daxil edilməsi istiqamətində işlərə başlanıb.

Qeyd edək ki, pandemiya ilə əlaqədər ötən ilin mart ayının 13-dən etibarən ölkədə kütləvi toy, nişan və ad günlərinin keçirilməsi qadağan edilib. 1 il 3 aydan sonra nəhayət bu qərar ləğv olunub.

Daha ətraflı videoda izləyə bilərsiniz: