Gözəllik və gəlinlik salonlarında canlanma yaranıb - Qiymətlər necədir?

 14:17 24.06.2021     674

Uzun müddətdir bağlı qalan toy zallarında nəhayət vağzalı sədaları eşidiləcək.

Redaktor.az xəbər verir ki, toylarla bağlı çıxan qərardan sonra artıq gözəllik və gəlinlik salonlarında canlanma başlayıb. Gözəllik salonlarından bildiriblər ki, qərar çıxar-çıxmaz zənglər artıb. Zənglər çox olsa da, bu, qiymətlərə heç bir təsir göstərməyəcək, bəzək qiymətləri elə pandemiyadan əvvəlki kimi qalacaq. Gözəllik salonunun sahibkarı bildirib ki, qiymətlər 100 manatdan 300 manata qədər dəyişir.

Gözəllik salonlarındakı vəziyyət gəlinlik salonlarında da yaşanır. Artıq qərardan sonra fotosessiya üçün kirayələnən gəlinliklər toy üçün dəyişdirilib. Qiymətlər isə gəlinliyin bəzəyinə, formasına görə dəyişir. Qeyd olunan geyimlərin qiymətləri 200 manatdan 600 manata qədər dəyişir.

Benzinin bahalaşması və bəzi avtomobillərin detallarındakı qiymət artımının toy maşınlarının kirayə qiymətinə öz təsirini göstərəcəyi istisna edilmir.

Aysel Hacıyeva / Redaktor.az