"COVID-19 pasportu insanların hüququnu pozur" - MİLLƏT VƏKİLİ

 13:36 23.06.2021     872

COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələb edilərkən bəzi kateqoriyalara aid olan insanlar Nazirlər Kabineti yanında Operativ Qərargahın diqqətindən yayınıb.

Redaktor.az xəbər verir ki, ağır allergiyası olanlar və hamilə qadınlar həkimdən arayış alaraq vaksinasiyadan keçməmək hüquqlarına malikdirlər, nəticədə isə onların COVID-19 pasportu olmayacaq.

Bəs bu vəziyyətdə həmin şəxslərin toy şənliklərində iştirak etməsinə və ya xarici ölkələrə səfər etmələrinə icazənin verilməsi üçün nə kimi addımlar atılmalıdır?

Millət vəkili Fazil Mustafa bildirib ki, allergiya və ya hamiləlik səbəbi ilə bu prosesdən keçməyən insanlarla bağlı mütləq optimal yol tapılmalıdır:

“Qeyd etdiyimiz insanlara vaksinasiyadan azad edildiklərinə dair ayrıca sertifikat verilməlidir. Vaksin vurdurmadıqlarına dair səbəb göstərən bir sənəd olmalıdır əllərində. Nəticədə onlar da COVID-19 pasportu olan insanlarla bərabər hüquqlara malik olarlar. Əks halda, bu mövzu xoşagəlməz bir tendensiya yarada bilər. Bu, insan hüquqlarının pozulması deməkdir, buna görə də bunun həll yolu tezliklə tapılmalıdır. Bundan əlavə, xeyli sayda insan var ki, xəstəliyi evlərində keçiriblər, bunu sübut edəcək əsasları var. Bunların hamısını nəzərə almaq lazımdır”.

Aysel Hacıyeva / Redaktor.az

Bu şəxslərdən toya getmək üçün əlavə sənəd TƏLƏB OLUNACAQ

 16:18 23.06.2021     2595

“Müəyyən ölkələrə getmək üçün və ya qapalı məkanlara üz tutduqda ya vaksin vurdurmalıyıq, ya da immunitet sertifikatına malik olmalıyıq. Vaksin vurduran və immunitet sertifikatı olanlar toylara gedə biləcək".

Redaktor.az xəbər verir ki, bu sözləri tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirib.

"Bəzi insanlar üçün vaksinasiya əks göstərişdir. Bəs bu şəxslər toya necə gedəcəklər? Onlara ayrıca sertifikat işlənilməlidir və bu, müddətsiz olmalıdır. Çünki insanda hər hansı xəstəlik varsa, bu, 6 ay sonra sağalmayacaq. Bu şəxslər üçün 6 ay sonra da vaksinasiya əks göstərişdir. Sözügedən insanlara da əks göstəriş pasportu verilməlidir ", - deyə həkim əlvə edib.

Aysel Hacıyeva / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən