Niyə hamilə qadınlar üçün COVID-19 pasportu tələb olunur? - ŞƏRH

 14:50 23.06.2021     960

Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pasportu tələb etməsi insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Redaktor.az xəbər verir ki, bəzi insanların vaksinasiya olmaları həyatları üçün təhlükə deməkdir. Buna misal olaraq hamilə qadınları, yüksək allergiya xəstəlikləri olan insanları sadalamaq olar. Buna baxmayaraq, sözügedən pasportun tələbi qanunu qüvvəyə minərkən bu insanlar nəzərə alınmayıb.

Bunun nə dərəcədə doğru olub-olmadığı barədə Millət vəkili Arzu Nağıyev suallarımızı cavablandırıb.  O bildirib ki, bu məsələ ilə bağlı artıq Milli Məclisdə müzakirələr gedir:

“Əsas məsələ ondan ibarətdir ki, bu problemlərin həlli birmənalı şəkildə Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətində olan məsələdir. COVID-19 pasportuna sahib olmaq mövzusunda təkcə allergiyası olan insanlar deyil, eyni zamanda övladını ana südü ilə qidalandıran analar və hamiləlik dövründə olan qadınlar da nəzərə alınmalıdır. Düşünürəm ki, burada fərdi yanaşma olmalıdır. Daha ətraflı işlər görüldükdən sonra Operativ Qərargah qərar verəcək”.

Aysel Hacıyeva / Redaktor.az

Bu şəxslərdən toya getmək üçün əlavə sənəd TƏLƏB OLUNACAQ

 16:18 23.06.2021     2594

“Müəyyən ölkələrə getmək üçün və ya qapalı məkanlara üz tutduqda ya vaksin vurdurmalıyıq, ya da immunitet sertifikatına malik olmalıyıq. Vaksin vurduran və immunitet sertifikatı olanlar toylara gedə biləcək".

Redaktor.az xəbər verir ki, bu sözləri tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirib.

"Bəzi insanlar üçün vaksinasiya əks göstərişdir. Bəs bu şəxslər toya necə gedəcəklər? Onlara ayrıca sertifikat işlənilməlidir və bu, müddətsiz olmalıdır. Çünki insanda hər hansı xəstəlik varsa, bu, 6 ay sonra sağalmayacaq. Bu şəxslər üçün 6 ay sonra da vaksinasiya əks göstərişdir. Sözügedən insanlara da əks göstəriş pasportu verilməlidir ", - deyə həkim əlvə edib.

Aysel Hacıyeva / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən