İsti hava ilə bağlı Azərbaycanda iş dayandırıla bilər - AÇIQLAMA

 12:10 26.06.2021     1211

Son günlər ölkə ərazisində havanın temperaturu mövsüm normasından artıqdı. Bəs görəsən anomal istilərin müşahidə edildiyi bu günlərdə əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların hüquqları necə tənzimlənməlidir? Dövlət müəssisələri və özəl sektor işçilərin sağlamlığını qorumaq məqsədilə hansı addımları atır və atmalıdır?

Məsələ ilə bağlı Redaktor.az-a danışan millət vəkili Fazil Mustafa deyib ki, belə anomal istilərin müşahidə edildiyi günlərdə açıq havada iş mütləq şəkildə dayandırılmalıdır: "Vətəndaşı istinin altında saxlamaq olmaz. Temperatur 40 dərəcədən artıq olarsa işçilərin təhlükəsizliyinin qorunmasını təmin etmək lazımdır. Bu səbəbdən də iş dayandırılmalıdır. Bununla bağlı Nazirlər Kabinetinin xüsusi bir qərar verməsinə də ehtiyac yoxdur. Dövlət müəssisələrinə aid edilən qərara görə, açıq hava şəraitində işləyənlərin fəaliyyəti dayandırılmalıdır". Həmçinin, millət vəkili onu da qeyd edib ki, belə günlərdə özəl müəssisələr də işçilərinə bir sıra güzəştlər etməlidir: "Özəl müəssisələr bunu havanın mülayim vaxtı ilə kompensasiya edə bilər. Amma hər bir halda onlar da prosesi dayandırmalıdır. İnsan sağlamlığı hər şeydən üstündür".

Normal mühitdə işləyənlərin aqibətinə gəldikdə, F.Mustafa bununla bağlı da müxtəlif addımların atıla biləcəyini vurğulayıb:  "Vətəndaş, normal soyutma sistemi ilə təchiz edilmiş otaq şəraitində fəaliyyət göstərirsə, onun işinin dayanmasına zərurət yaranmır. Çünki bunu bütün fəaliyyət növlərinə şamil etsək, onda gərək ölkədə iş dayana. Müəsisələrin daxili qərarı ilə iş vaxtının qısaldılması kimi bir sıra addımlar atmaq olar".

Vumart və Güvən reklamı Vumart Güvən