Naxçıvanda toylarda yemək QADAĞASI - RƏSMİ AÇIQLAMA

 13:28 28.06.2021     763

Naxçıvan Muxtar Respublikasının Bakıda Daimi Nümayəndəliyi bəzi internet resurslarında və sosial şəbəkələrdə Naxçıvanda keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə iddalara münasibət bildirib.

Redaktor.az-ın məlumatına görə, Daimi Nümayəndəlikdən bildirilib ki, bu məlumat əsassızdır və gəvəzəlikdir.

"Ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri toy qaydalarına uyğun keçiriləcək", - məlumatda vurğulanıb. //Demokrat.az

Vumart və Güvən reklamı Vumart Güvən