BDU-nun professoru beynəlxalq konfransda çıxış edib
BDU-nun professoru Arif Səlimov beynəlxalq riyaziyyat konfransının plenar iclasında məruzə ilə çıxış edib.
Redaktor.az xəbər verir ki, BDU-nun “Cəbr və həndəsə” kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Arif Səlimov Qırğızıstanın Bişkek şəhərində keçirilən “Riyazi Analiz, Diferensial Tənliklər və Tətbiqləri (MADEA-9), 21-25 iyun, 2021” (http://madea2021.manas.edu.kg/en/home) adlı beynəlxalq konfransın plenar iclasında dəvətli məruzəçi kimi “Diferensial həndəsi obyektlərin lift problemləri” adlı məruzə ilə çıxış edib.
Məruzədə cəbri holomorf funksiyaların köməyilə yüksək mərtəbəli toxunan laylanmalarda diferensial həndəsi obyektlərin liftlərinin qurulması üçün yeni metod təklif edilib və əldə edilən yeni lift sinifləri haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, Konfrans Qırğız-Türk Manas Universiteti tərəfindən keçirilir və 25 ölkənin riyaziyyatçı alimləri bu konfransda iştirak edir.












