Azadlıq və sevgi üçün canından keçən cütlük - 30 İYUN SEVGİLİLƏR GÜNÜ / VİDEO

 11:51 30.06.2021     1283

30 iyun Azərbaycanda milli Sevgililər Günü kimi qeyd olunur.

Redaktor.az xəbər verir ki, bu günün tarixi 1990-cı il 20 Yanvar faciəsi zamanı qəhrəmancasına şəhid olan İlham və həyat yoldaşının ölümünə dözməyib özünə qəsd edən Fərizənin toy günü ilə əlaqədardır.

Sosioloq Lalə Mehralı saytımıza açıqlamasında Sevgililər Gününün 30 iyunda keçirilməsini milli dəyərlərimizə, şəhidlərimizin ruhuna böyük hörmət kimi qiymətləndirib:

“Düzdür, hər kəsin şəxsi həyatında özəl bir gün var və o günü özü üçün sevgililər günü kimi qeyd edir. Bu fərddən fərdə dəyişir. Lakin əksər ölkələrdə olduğu kimi, bizdə də 14 fevral  Sevgililərin Günü olaraq qeyd edilir. Amma öz vətənin azadlığı və sevgisi uğrunda canından keçən cütlüyün toy gününü Sevgililər Günü kimi qeyd etməyimiz daha yaxşıdır. Bu həm milli, həm də mənəvi baxımdan daha üstündür”.

Qeyd edək ki, tanınmış müğənni Tacir Şahmalıoğlu 30 iyun Sevgililər Günü ilə bağlı mahnı ifa edib.

“İlahi sevgi” adlanan mahnının sözləri yazıçı-publisist Seymur Şeydayevə, musiqisi isə Səyyad Allahverdiyevə məxsusdur.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən