Azərbaycanda doğum evlərində DƏHŞƏT - HƏKİMLƏR ƏLBİR OLUB... / FOTO

 11:47 02.07.2021     1427

"Doğum evlərində tibbi personal süni qida şirkətləri ilə əlbirdir. Onlar  südü olan ananın körpəsini süni qidaya öyrəşdirirlər. Süni qidaya öyrəşən körpə bir daha ana südü istəmir".

Redaktor.az xəbər verir ki, bu fikirləri sosial media hesabında tanınmış həkim vaisf İsmayıl bildirib. O qeyd edib ki, ana südü ilə qidalana biləcək körpə qəsdən süni qidaya öyrəşdirilir:

"Bazar genişlənsin deyə belə edirlər. Sonra da deyirik ki, allergiya, astma, mədə-bağırsaq pozğunluqları, şəkər xəstəliyi niyə artır?! Buna görə artır. Bunda da bir körpənin gələcəyini 20 manata satan həkim dostlarımız iştirak edir. Ar olsun körpə haqqını satan həmkarlarıma!".

Şəbnəm Mehdizadə

2