Azərbaycanda bu ixtisasa qəbul DAYANDIRILDI - VİDEO

 10:58 03.07.2021     391

2019-cu ilə qədər Azərbaycan universitetlərində Biotibbi Texnologiyalar Mühəndisliyi kod adı altında ixtisas olub və bu ixtisasa tələbələr qəbul olunub.

Redaktor.az xəbər verir ki, sonradan bu ixtisasa qəbul dayandırılıb və ixtisas başqa ixtisaslarla birləşdirilib. İndi mütəxəssislər bu ixtisasın ləğv olunmasının fəsadları olduğunu deyirlər. Təhsil Nazirliyi isə başqa fikirdədir.

İxtisas bağlanıb, sahibkarlar mütəxəssis axtarırlar.

Artıq iki ildir ki, bakalavr səviyyəsində biotibbi texnologiyalar mühəndisliyi ixtisası üzrə tələbə qəbulu dayandırılıb. Halbuki bu ixtisas üzrə uzun illər həm Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, həm də Texniki Universitetdə mütəxəssislər yetişdirilib. Texniki Universitetin biotibbi texnika kafedrasının müdiri Namiq Abdullayev deyir ki, hər il ona bu sahə üzrə işçi axtaran onlarla rəhbər şəxs müraciət edir. Lakin kafedra artıq bağlanıb, universitet isə gələn il bu ixtisas üzrə sonuncu tələbələrini məzun edəcək.

Daha ətraflı videodan izləyin: