Sabahdan bu marşrutlar da "BakıKart"la işləyəcək

 21:46 07.07.2021     164

İyulun 8-dən 217 nömrəli marşrut xətti (“Koroğlu” NMM– “Yanardağ” Məhəmmədi qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu Zabrat qəsəbəsi və Abşeron rayonu Məhəmmədi qəsəbələri üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

- Babək küç., 336,

- Oktyabr küç.,

- Sadiq Cəfərov küç., 26.

- Sabunçu qəs.,

- Çingiz Mustafayev küç.,13

- Məhəmmədi qəs,.