“Bu sənədlər olmasa, maşını cərimə meydançasına aparmaq yolverilməzdir” - EKSPERT

 23:46 07.07.2021     399

Bir müddət öncə Dövlət Yol Polisi İdarəsinin yeni nəsil qeydiyyat şəhadətnaməsini istifadəyə verməsi və həmin vəsiqədə yerləşdirilən çip vasitəsilə avtomobilə aid bütün məlumatların qeyd edilməsi ictimai maraq cəlb edib və müzakirələrə səbəb olub.

Redaktor.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bildirib ki, Azərbaycanın indiki inkişaf səviyyəsinə, inkişaf etmiş ölkələrin, bəzi qonşu ölkələrin təcrübəsinə baxsaq görərik ki, artıq bu tip vəsiqələri də arxivlərə vermək olardı: “Həmin ölkələrdə kağız formada vəsiqələrdən imtina olunur, onları üzərində gəzdirmək məcburi deyil, rəqəmsal vəsiqələrə üstünlük verilir.

BDYP indiki halda texpasportun ölçüsünü kiçiltməklə onun daşınmasını asanlaşdırmaq prinsipini əsas götürüb. Halbuki, indiki zamanda prinsip olaraq onun daşınmasından imtinanın, rəqəmsal vəsiqəyə keçidin əsas götürülməsi məntiqli, innovativ və daha effektiv olardı. //Axar.az.