Stasionar kəsim məntəqələri olacaq - QURBAN BAYRAMI

 08:59 09.07.2021     744

“Qurban bayramı ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət qurumları ilə birgə mütəmadi olaraq hazırlıq işləri həyata keçirir”.

Redaktor.az xəbər verir ki, bu barədə Agentliyin şöbə müdiri Mansur Piriyev danışıb.

O bildirib ki, AQTA əməkdaşları həm paytaxt Bakıda, həm də respublikanın digər bölgələrində Qurban bayramı ilə əlaqədar qurulacaq stasionar kəsim məntəqələrinin müəyyənləşdirilməsi ilə bağlı yerli icra orqanları ilə birgə işlər aparırlar:

“Həmin ünvanlarla bağlı yaxın günlərdə ictimaiyyətə açıqlama veriləcək. İstənilən halda vətəndaşlarımız Qurban bayramını pandemiya dövrünün tələblərinə uyğun olaraq keçirməyə maraqlı olmalıdırlar”. //Oxu.az.