Azərbaycan üçün QORUXULU proqnoz - ÖLƏNLƏRİN SAYI ARTACAQ VƏ...

 14:25 13.07.2021     1774

Qanunsuz sərnişindaşıma artıq ölkədə ən ciddi problemlərdən birinə çevrilib. Statistik göstəricilərə əsasən, hər il yüzlərlə insan qanunsuz sərnişindaşımanın qurbanı olur. Zaman-zaman bu məsələ gündəmə gəlsə də, aidiyyatı qurumlar hələ də bu barədə ciddi heç bir tədbir görməyib.  

Maraqlıdır, bu problemin həll yolu üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat üzrə  ekspert Elməddin Muradlı bildirib ki, qanunsuz sərnişindaşıma ilə bağlı araşdırmalar aparılır.  Təəssüf ki, bu məsələ ilə bağlı dəhşətli faktlar var:

"Dövlət böyük vəsait ayırıb avtovağzallar tikib, lakin avtovağzalların kənarında açıq bazar yaradılıb. Bu proseslər hamının gözü qarşısında baş verir. Ona görə də nəqliyyat sferasına aid olan bütün qurumların üzrərinə məsuliyyət düşür. Heç kim bu məsələdə yaxasını kənara çəkib, “mən görmədim, bilmədim" deyə bilməz.

Bir neçə gün öncə ağır qəzada 5 nəfərin həyatı puç oldu. İlin axırına kimi bu rəqəm yüzdən çox olacaq. İndiyə kimi yol-nəqliyyat hadisələrində qanunsuz sərnişindaşımanın qurbanı olan minlərlə insan var. Bakı Beynəlxalq Avtovağzalının ətrafındakı mənzərə hamıya tanışdır. Kənarda qanunsuz sərnişindaşıma ilə məşğul olanlar avtovağzalın həcmi qədər özlərinə vağzal düzəldib. Orada özləri üçün parkinq yeri, kafe və s. məkanlar yaradıb. Məgər aidiyyatı qurumlar bunu görmür? Onlar hara baxır? Bu ərazilər necə zəbt edilib? Necə olur ki, avtovağzalın yanında qanunsuz ikinci bir vağzal fəaliyyət göstərir? Dövlət bu qədər vəsaiti ayırıb o avtovağzalı niyə tikib ki?!”

Şəbnəm Mehdizadə